“Azdrama”da qalmaqal: 10-a yaxın işçi teatrdan qovuldu
sizinxeber.az xəbər saytı

“Azdrama”da qalmaqal: 10-a yaxın işçi teatrdan qovuldu


Akademik Milli Dram Teatrının (“Azdrama”) bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb.

Bunu “Qaynarinfo”ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib.

Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib:

“Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin, yerinizə cavanlar gəlsinlər. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsınlar, yerinə cavanlar götürülsünlər. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”.

Çingiz Ələsgərov mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.

Oxşar xəbərlər

Heydər Əliyev Sarayında yüksək vəzifəli şəxs işdən çıxdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Teatrdakı ən uğurlu dövrümüz Oruc Qurbanov"un. “Afət” tamaşası idi. [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər