Eldar Əlimuradov: Bu il Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq
sizinxeber.az xəbər saytı

Eldar Əlimuradov: Bu il Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq


Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir. Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forumda deyib.

O bildirib ki, 2022-ci ildə ölkədə hotel sayı 757, nömrələrin sayı 27 min 312, çarpayı sayı isə 56 min 562 olub: “İnanırıq ki, 2024-cü ildən etibarən Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq".

O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: “Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 faiz azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək”.

Oxşar xəbərlər

Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ
Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilib
Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb"
Naxçıvanda bu il aktiv vergi ödəyicilərinin sayı 19 % artıb
Ərdoğan: "İnanıram ki, 2024-cü ildə dünyadakı ədalətsizliklərə son qoyulacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər