Ağadadaş Ağayevin mühafizəçi tərəfindən döyüldükdən sonra ilk FOTOsu
Ağadadaş Ağayevin mühafizəçi ilə yaşadığı ilk fotosu yayılıb.
Sizinxeber.az xəbər verir ki, foto sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, yayılan rəsmi məlumata görə, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır. Bu barədə sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Oxşar xəbərlər
Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub - YENİLƏNİB
Xalq artisti Ağadadaş Ağayev tanışı ilə əlbəyaxa dava edib, araşdırma aparılır
Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub
Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - TƏFƏRRÜAT - YENİLƏNİB
Ağadadaş Ağayevin balta ilə törətdiyi insident: Gözətçini təhqir edib - TƏFƏRRÜAT - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













