Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub
sizinxeber.az xəbər saytı

Maştağa və Biləcəridə bıçaqlanma hadisəsi olub




Bakıda tanışlar arasında bıçaqlanma hadisəsi olub.

BAKU.WS xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Muradov Qurban Sultan oğlu Maştağa qəsəbəsi, döngə 3 ünvanında olan zaman tanışı Məmmədov Zöhrab Zakir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya bıçaqla vurub. Muradov Qurban Sultan oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Digər bıçaqlanma hadisəsi isə Biləcəri qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Yevlax rayon sakini Behbudov Namiq Tanrıverdi oğlu Biləcəri qəsəbəsi, Dəyirman yolunda yerləşən "Turan” marketin yaxınlığında bir ədəd daxilə nüfuz edən bıçaq xəsarəti alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törədən şəxsin Məmmədov Rahiz Rafiq oğlu olduğu müəyyən edilərək saxlanılıb. Hər iki fakt üzrə araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Binədə ağır yol qəzasında iki nəfər yaralanıb
Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Azərbaycanda oğul anasını parkda bıçaqladı
Azərbaycanda qadını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI - YENİLƏNİB
Maştağada 2 gün qabaq qonşusunu bıçaqlayan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle