sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb
2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sizinxeber.az-ə verilən xəbərə görə, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sizinxeber.az
Oxşar xəbərlər
Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb
Tovuzda həmkəndlisini qəbirstanlıqda döyərək öldürməkdə şübhəli bilənən şəxs həbs edilib
31 yaşlı qadın öldürüldü: Əri saxlanıldı
Abşeronda kişi arvadını pəncərədən atdı - YENİLƏNİB
Abşeronda evlərdən 130 min dollar oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













