Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
okt
2025
16:29
0
0
13 597
ff aaaaaaa

Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb

21 okt, 2025
16:29
13 597

Terrorçuluq barədə yalan məlumat verdiyi üçün DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotskinin cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib.

Sizinxeber.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Baxış iclası noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul