Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun
İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməlidir. Biz inkişaf etməkdə olan kiçik ada ölkələri üçün fond yaratdıq. Biz hər bir inkişaf edən, inkişaf etməkdə olan ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur.
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun”. Buna görə bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib: “Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb
Prezident: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub
Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var
İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub
Dövlət başçısı: Azərbaycan beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













