Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır
sizinxeber.az xəbər saytı

Fariz İsmayılzadə: İqlim dəyişikliyi ilə mübarizə üçün elmi araşdırmalar aparılmalıdır


İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün universitetlərdə elmi araşdırmalar da aparmaq lazımdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumunda çıxışı zamanı deyib.

“Elmi araşdırmalar olmadan biz irəliləməyəcəyik. Məsələn, ADA Universiteti seminarlar keçirir, xarici universitetlərlə əməkdaşlıq edir və iqlim dəyişikliyi gündəliyini irəlilətmək üçün dünyanın hər yerindən elm adamları ilə əlaqələr qurur”, - o bildirib.

F.İsmayılzadə vurğulayıb ki, müasir dünyada KİV-ə açıq çıxış var. O, gəncləri bu qlobal problem haqqında daha çox məlumat əldə etmək üçün bu fürsətdən istifadə etməyə çağırıb: “Daha geniş cəmiyyətlərə müraciət etmək üçün Kütləvi informasiya vasitələrindən istifadə edin. Biz birlikdə böyük nəticələr əldə edə bilərik”.

Oxşar xəbərlər

BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişikliyi yalnız insanların deyil, bütün canlıların sağlamlığına təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Kanada COP29 çərçivəsində Azərbaycanla əməkdaşlığa ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər