Əli Fakih: COP29 çərçivəsində əldə olunan razılaşmalar tərəflər arasında etimad səviyyəsini artırır
sizinxeber.az xəbər saytı

Əli Fakih: COP29 çərçivəsində əldə olunan razılaşmalar tərəflər arasında etimad səviyyəsini artırır


Paris Sazişinin 6-cı Maddəsi üzrə COP29-da əldə edilmiş razılaşmalar karbon bazarlarının şəffaflığını artırmağa və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləri arasında etimad səviyyəsinin yüksəlməsinə imkan verəcək.

Bu barədə “Report”a açıqlamasında Atlantik Şurasının elmi işçisi Əli Fakih deyib.

Onun sözlərinə görə, Paris Sazişinin 6.4-cü maddəsində nəzərdə tutulan mərkəzləşdirilmiş mexanizm karbon kreditləri ilə bağlı daha yüksək şəffaflıq standartları tətbiq edir: “Bu da ekoloji cəhətdən dayanıqlı layihələrə daha çox investisiya təşviq edə bilər”.

Ə.Fakih, həmçinin iqlim maliyyələşdirməsi vəsaitlərinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıb: “Onun fikrincə, bu, inkişaf etməkdə olan dövlətlərin və ən həssas əhali təbəqələrinin iqtisadi itkiləri olmadan karbon bazarları konsepsiyasını tam şəkildə həyata keçirməyə imkan verəcək”.

"Bakı maliyyələşdirmə məqsədləri çərçivəsində vəd edilmiş 300 milyard ABŞ dolları məbləğində maliyyələşdirmənin ədalətli bölüşdürülməsi məsələsinə baxılmalıdır. Prioritet iqlim dəyişikliyinin nəticələrinin əsas ağırlığını daşıyan kiçik fermer təsərrüfatları kimi həssas əhali qruplarına verilməlidir", - o bildirib.

Ə.Fakih qeyd edib ki, bu cür səylər uyğunlaşma potensialını artıra, dayanıqlı təcrübələrin tətbiqinə kömək edə bilər.

Oxşar xəbərlər

COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH
Andrey Boiç: COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq
COP29-da Paris Sazişinin 6.8-cı maddəsində istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul edilib
COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər