COP29 könüllüləri üçün pul mükafatı ayrılıb
COP29 könüllüləri üçün pul mükafatı ayrılıb.
"Report"un xəbərinə görə, bu barədə onlara COP29 İşçi Qüvvəsi və Könüllülərlə İş komandası tərəfindən məlumat göndərilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb.
"Sizin yaxından dəstəyinizlə COP29 tədbiri həm ölkəmizdə indiyə qədər olan, həm də COP tədbirləri çərçivəsində ən yüksək səviyyədə təşkil olunmuş konfrans kimi tarixə düşdü. Tədbirdə könüllülərin fəaliyyəti fərqlənib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC), iştirak edən bütün ölkələrin nümayəndə heyətləri, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanıb. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb", - məlumatda qeyd olunub.
Təşəkkürnamələrini 8-14 yanvarda COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq pul mükafatlarını əldə edə biləcəklər.
Oxşar xəbərlər
COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
COP29 çərçivəsində keçiriləcək bir sıra yan tədbirlər məlum olub
İlham Əliyev: "COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür"
Somali Prezidenti COP29-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













