Lidi Nakpil: İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi üzrə təklifi qəbuledilməzdir
İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə təklifi qəbuledilməzdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə Ödənişlər və inkişaf üzrə Sakit okean Hərəkatının nümayəndəsi Lidi Nakpil bildirib.
"Bu razılaşma qəbuledilməzdir. Həqiqətən pis razılaşma ilə razılaşmaqdansa, daha bir il mübarizə aparmağı üstün tuturuq. İnkişaf etməkdə olan ölkələrin hökumətlərini bundan imtina etməyə çağırırıq, bu bizə təklif ediləndən daha yaxşıdır", - o bildirib.
L.Nakpilin sözlərinə görə, inkişaf etmiş dövlətlərin təqdim etdiyi NCQG hədəfləri daha çox zarafata bənzəyir və təhqiredicidir.
Bununla belə, o, Qlobal Cənub hökumətlərinin də NCQG təklifi ilə razılaşmamasından məmnunluğunu ifadə edib.
Oxşar xəbərlər
Malavidən olan danışıqçı: Biz daha iddialı NCQG-nin müəyyən edilməsini tələb edirik
İnkişaf etmiş ölkələr COP29-da böyük iqtisadiyyatları iqlim maliyyələşməsinə cəlb etmək cəhdlərini davam etdirir
Afrikalı ekspertlər iqlim dəyişikliyi ilə mübarizənin ədalətli maliyyələşdirilməsinə çağırış ediblər
Ən az inkişaf etmiş ölkələr bloku Qlobal Şimalın danışıqlar apara bilməməsi səbəbindən demarşa hazırdır
“Greenpeace” COP29-da inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsinin artırılmasına çağırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













