Ən az inkişaf etmiş ölkələr bloku Qlobal Şimalın danışıqlar apara bilməməsi səbəbindən demarşa hazırdır
Ən az inkişaf etmiş ölkələrin nümayəndələri yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqların nəticələri ilə açıq şəkildə razılaşmadıqlarını bildirirlər.
"Report" xəbər verir ki, bu barədə "ANewz" telekanalı məlumat yayıb.
Onlar təklif olunan mətni tənqid edərək bildiriblər: "Bizim prioritetlərimiz nəzərə alınmayıb. Hazırda biz bu mətn üzərində işləyə bilmərik".
Bənzər mövqeli inkişaf etməkdə olan ölkələr təşkilatından Boliviya nümayəndəsi kəskin çıxış edərək, rəqəmləri qeyri-adekvat və təhqiramiz adlandırıb:
"250 milyard dollar zarafat deyil, bu təhqirdir. Hətta 300 milyard dollar da qəbuledilməzdir. Bu rəqəm azı 500 milyard dollar olmalıdır", - telekanal nümayəndə heyətinin sözündən sitat gətirib.
Hindistan da Boliviyanın mövqeyinə qoşularaq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün yeni kollektiv kəmiyyət hədəfinin ildə azı 500 milyard dollar olması üzərində təkid edib.
Afrika bloku da bundan oxşar məyusluğunu ifadə edərək, təkliflərinin nəzərə alınmadığını vurğulayıb. Nümayəndələrdən biri əsas tələbləri təkrarlayaraq, layihədən açıq narazılığını bildirib.
Oxşar xəbərlər
İnkişaf etmiş ölkələr COP29-da böyük iqtisadiyyatları iqlim maliyyələşməsinə cəlb etmək cəhdlərini davam etdirir
KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
Lidi Nakpil: İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi üzrə təklifi qəbuledilməzdir
COP29 Sədrliyi bəyanat yayıb, ildə 250 milyard dollar iqlim maliyyələşməsi təklif edilir
Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













