“Power Shift Africa”nın direktoru: ABŞ iqlim maliyyələşməsi üzrə məsuliyyətdən "Böyük Qaçış" təşkil edib
sizinxeber.az xəbər saytı

“Power Shift Africa”nın direktoru: ABŞ iqlim maliyyələşməsi üzrə məsuliyyətdən "Böyük Qaçış" təşkil edib


İnkişaf etmiş ölkələr ədalətli iqlim maliyyələşməsini təmin edəcək iddialı razılaşma qəbul etməlidir.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Power Shift Africa”nın direktoru və təsisçisi Məhəmməd Edou (Mohamed Adow) COP29 iqlim konfransının kuluarlarında jurnalistlərə bildirib.

"İnsanların həyatı təhlükə altındadır. Biz varlı dünyanın sadəcə öz məsuliyyətindən qaçmasına icazə verə bilmərik. Bizim müşahidə etdiyimiz ABŞ-nin başçılıq etdiyi və arxasında yerdə qalan varlı dünyanın gizləndiyi "böyük qaçışdır", - o vurğulayıb.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr COP29-da razılaşmaların pozulmasına yol verməməlidir.

"İnkişaf etmiş ölkələrin öz tarixi məsuliyyətlərini dərk etməsi və zərurətə uyğun hərəkət etməsi lazımdır", - o vurğulayıb.

M.Edounun sözlərinə görə, danışıqların uğurlu olması yalnız varlı ölkələrin qrant və güzəştli maliyyələşdirmə şəklində ən azı 600 milyard ABŞ dolları ayırmağa razı olacağı təqdirdə mümkündür.

O qeyd edib ki, bu vəsaitlər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, onlara uyğunlaşma, həmçinin itki və zərərlərin kompensasiyası üçün lazımdır: "Biz zəif razılaşmadan imtina edəcəyik. 600 milyard ABŞ dollarından aşağı olan heç bir şey dünyaya iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək etməyəcək. Varlı dünya məsuliyyəti öz üzərinə götürənə və iqlim böhranının miqyasına uyğun həll təklif edənə qədər burada olacağıq".

Oxşar xəbərlər

“Climate Action Network”: İqlim maliyyələşdirilməsi ilə bağlı danışıqlara bütün tərəflər cəlb edilməlidir
COP29: “ActionAid” iştirakçıları iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin ədalətli bölüşdürülməsinə çağırış edib
Lidi Nakpil: İnkişaf etmiş ölkələrin iqlim maliyyələşməsi üzrə təklifi qəbuledilməzdir
İnkişaf etmiş ölkələr COP29-da böyük iqtisadiyyatları iqlim maliyyələşməsinə cəlb etmək cəhdlərini davam etdirir
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle