Pan-Afrika İqlim Ədaləti Alyansı COP29 çərçivəsində silsilə tədbirlər keçirib
sizinxeber.az xəbər saytı

Pan-Afrika İqlim Ədaləti Alyansı COP29 çərçivəsində silsilə tədbirlər keçirib


Pan-Afrika İqlim Ədaləti Alyansı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Afrika ölkələri üçün iqlim ədalətinin təşviqi məqsədilə silsilə tədbirlər keçirib.

“Sizinxeber.az” xəbər verir ki, görüş iştirakçıları Afrika dövlətlərinin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata keçidin maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və iqlim bərabərsizliyi ilə mübarizə məsələləri müzakirə edilib.

İqlim böhranının qitənin həssas icmalarına təsirinə xüsusi diqqət yetirilib. Təşkilatçılar həmçinin təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəyinə ümid etdiklərini bildiriblər.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

COP29-da Pan-Afrika İqlim Ədaləti Alyansı mətbuat konfransı keçirib
Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru: İqlim böhranı ilə mübarizədə dəstəyə ehtiyacımız var
Panafrikan Alyansı: Region ölkələrinə iqlim öhdəliklərini yerinə yetirmək üçün 3 trilyon dollar lazımdır
Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü: Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle