Danimarkalı nazir: "Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir”
Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir.
Bunu "Report"a açıqlamasında Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard deyib.
“Ona görə də, bununla bağlı neqativ heç bir şeylə razılaşmırıq. Hazırda gərgin müzakirələr gedir. Ümid edirəm ki, uyğun bir yol tapılacaq. Bununla belə, həm Danimarka, həm də Avropa İttifaqı bu məsələdə çox aydın mövqe nümayiş etdirirlər", - deyə o bildirib.
Danimarkalı nazir qeyd edib ki, ABŞ-nin qalıq yanacaqlarla bağlı hər hansı bir müraciəti qəbul etməməsi ilə bağlı bəyanatı onlar üçün qəbuledilməzdir: "Biz ötən il razılaşdığımız məsələləri yenidən müzakirə etməyəcəyik. COP prosesi iqlim dəyişikliyini dayandırmağa yönəlib. 1,5 dərəcə hədəfinə çatmaq üçün əlimizdən gələni etməliyik və bu, qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasını tələb edir. Təbii ki, kənd təsərrüfatı sahəsi kimi başqa məsələlər də var".
Oxşar xəbərlər
Danimarkalı nazir: COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırırıq
Danimarkalı nazir: Kənd təsərrüfatı sektoru emissiyaların azaldılmasında məsuliyyətini dərk etməlidir
Devid Tonq: Dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi zəruridir
Litvalı nazir: NCQG realistik olmalı və hər bir ölkədə təsirlərin azaldılmasına yönəlməlidir
Konqresmen: İqlim problemlərini texnologiyalar vasitəsilə qalıq yanacaqdan imtina etmədən həll etmək olar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













