Almaniyalı nazir: "Plastikin istehsalı və utilizasiyası hər il 3 giqaton CO2 emissiya edəcək"
sizinxeber.az xəbər saytı

Almaniyalı nazir: "Plastikin istehsalı və utilizasiyası hər il 3 giqaton CO2 emissiya edəcək"


Plastiklərin istehsalı və utilizasiyası 2050-ci ilə qədər hər il 3 giqaton CO2 emissiya edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke bildirib.

O qeyd edib ki, plastiklərin istehsalı, istifadəsi, utilizasiyası zamanı əhəmiyyətli həcmdə istixana qazı emissiya olunur: "Bu problem qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb edir. Əgər mövcud tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq".

Nazir əlavə edib ki, resurslardan səmərəli istifadə və dövri iqtisadiyyat tədbirlərinin tətbiqi istixana qazı emissiyalarını azaltmaq üçün əsas şərtdir.

“Davamlı və qapalı dövriyyəli istehsal modellərinə keçid enerjiyə olan tələbatı azaltmaqla yanaşı, təbii resursların qorunmasını təmin edə bilər,” – deyə o bildirib.

S.Lemke, həmçinin Almaniya hökumətinin plastik çirklənməsi ilə mübarizədə beynəlxalq səyləri gücləndirməyə davam edəcəyini vurğulayıb. O qeyd edib ki, plastiklərlə bağlı hüquqi baxımdan məcburi beynəlxalq müqavilənin hazırlanması üçün Hökumətlərarası Danışıqlar Komitəsinin (INC-5) mühüm rolu olacaq.

Oxşar xəbərlər

Almaniyalı nazir: "Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır"
Almaniyalı nazir: “Su üzrə Bakı Dialoqu konkret fəaliyyətlərə böyük töhfə verə bilər”
Sement, metal və plastik istehsalının dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını 40 % azaldacaq
EDF: Tullantıların utilizasiyası problemi dünyada çox aktualdır
Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 67 % azalmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle