Nazir müavini: Bakıdan Belenədək məsafə təkcə yol xəritəsi deyil, həm də aktiv fəaliyyətə çağırışdır
sizinxeber.az xəbər saytı

Nazir müavini: Bakıdan Belenədək məsafə təkcə yol xəritəsi deyil, həm də aktiv fəaliyyətə çağırışdır


"1990-cı ildən 2020-ci ilədək dünyada 420 milyon hektar meşə sahəsi məhv edilib".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən "Bakıdan Belenə: Paris Sazişinin 6.8-ci bəndi kontekstində meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi" adlı tədbirdə deyib.

O bildirib ki, tez-tez planetimizin ağciyərləri adlandırılan və bəşəriyyətin sərvəti sayılan Amazon meşələrinin qorunması son dərəcə önəmlidir:

"Bu məqsədə nail olmaq məqsədilə biz ədalətli inklüziv tədbirlərin həyata keçirilməsini təklif edirik. Biz çox ciddi problemlərlə üz-üzəyik. Dünyada məhv edilən meşə təsərrüfatının 90 faizi Amazon meşələrinin payına düşür. Meşə təsərrüfatının məhvi iqlim sabitliyinin pozulması və yağıntıların strukturunun dəyişməsinə gətirib çıxarır. Bu hal biomüxtəlifliyin məhvinə yol açan əsas amillərdən biridir. Biz bu çağırışa görəcəyimiz təsirli tədbirlərlə cavab verməliyik. Hesab edirəm ki, COP29-da iştirak edən tərəflər öncül təcrübədən yararlanaraq, meşə təsərrüfatlarının mühafizəsi sahəsində birgə tərəfdaşlığı daha da genişləndirəcəklər. İqlim maliyyəsi üzrə razılıq əldə etməyə nail olmaqla biz balanslaşdırılmış maliyyə vəsaitinin təminatına çalışırıq. Bunda əsas məqsədimiz iqlim dəyişikliyinin təsirlərinin zərərlərini azaltmaq, habelə iqlim dəyişikliyi ilə mübarizənin effektivliyini artırmaqdan ibarətdir. Biz ekosistemi təkcə özümüz üçün deyil, gələcək nəsillər üçün də qorumalıyıq. Bakıdan Belenədək məsafə təkcə yol xəritəsi deyil, həm də aktiv fəaliyyətə çağırışdır".

Oxşar xəbərlər

Nazir müavini: "Rio Üçlüyü" təşəbbüsü kollektiv fəaliyyətin simvoludur
Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb
Umayra Tağıyeva: COP-a sədrliyimiz çərçivəsində iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır
Umayra Tağıyeva: Bu il daşqınların sayı 102-ni keçib, "Qırmızı kitab"ın III nəşrinin həcmi artıb
Umayra Tağıyeva: Meşələr üçün iqlim maliyyələşməsini səfərbər etməliyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle