BMT-nin Baş katibi ölkələri ilkin mövqelərindən əl çəkməyə və kompromisə çağırıb
sizinxeber.az xəbər saytı

BMT-nin Baş katibi ölkələri ilkin mövqelərindən əl çəkməyə və kompromisə çağırıb


COP29-a gələn nümayəndə heyətləri hələ də iqlim maliyyəsi və uyğunlaşma məsələlərində ilkin mövqelərini qoruyurlar.

“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin son bəyanatları bunu göstərir: "Lakin indi kompromis tapmaq vaxtıdır. Bütün tərəfləri məhz belə hərəkət etməyə çağırıram".

A.Quterreş vurğulayıb ki, razılaşmalara nail olmaq və xüsusilə Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə ümumi razılığa gəlmək üçün hələ də imkan var: "Yeni hədəf vacibdir. Çünki maliyyə məsələsi bu konfransın gündəliyinin mərkəzindədir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizənin davam etdirilməsinə birbaşa aid olan məsələlərdə bütün ölkələrin maraqları nəzərə alınmalıdır".

Oxşar xəbərlər

Antonio Quterreş: Danışıqları sona çatdırmaq üçün təkan lazımdır
BMT dayanıqlı iqlim sazişinə nail olmaq üçün birgə fəaliyyətə çağırıb
Antonio Quterreş: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə əzmkar töhfələr verir
BMT baş katibi: İqlim maliyyəsi məsələsində yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var
Fəal: COP29 çərçivəsində BMT Baş katibi ilə çoxməzmunlu görüş keçirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər