Antonio Quterreş: Danışıqları sona çatdırmaq üçün təkan lazımdır
sizinxeber.az xəbər saytı

Antonio Quterreş: Danışıqları sona çatdırmaq üçün təkan lazımdır


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici məqama yaxınlaşır. Razılaşma istəyi hiss olunur.

“Sizinxeber.az” xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

O qeyd edib ki, tərəflərin razılaşdığı məsələlər daha da aydın olur: “Lakin fikir ayrılıqları qalır və müzakirələri sona çatdırmaq üçün ciddi təkan lazımdır”.

A.Quterreş bildirib ki, Rioda keçirilən G20 sammitindən yenicə qayıdıb və COP29 orada gündəliyin mühüm hissəsi olub:

"Bütün həll olunmamış məsələlər üzrə yeni maliyyə hədəfinə əsaslanan iddialı və balanslaşdırılmış paketə nail olmaq lazımdır. Uğursuzluq variant deyil".

Oxşar xəbərlər

BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlib
Antonio Quterreş Azərbaycana səfərə gəlib
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir
COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik
COP29-da iqlim hədəflərinin qarşısındakı maneələr Türkiyə mətbuatında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle