Antonio Quterreş: Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır
sizinxeber.az xəbər saytı

Antonio Quterreş: Ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır


"Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir".

APA-nın məlumatına görə, bunu COP29-da videoformatda keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib.

O əlavə edib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır: "Belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır. Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla, ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək".

A. Qutterreş, həmçinin ölkələr adından müzakirələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinə müraciət edib: "Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir. Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır. Biz bunu həmçinin, ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayə kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta səviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul etdi. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq. Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq".

BMT baş katibi tərəflər arasında bu ilin sentyabr ayında razılaşdırılan gələcək pakt haqqında da danışıb: "Bu pakt vacib maliyyələşmə alətlərinə etibarlı çıxışın əldə edilməsi, eləcə də borclanma üzrə effektiv tədbirlərin görülməsinin qaydalarını müəyyən edir. Eyni zamanda həmin sənəd çoxtərəfli inkişaf banklarının imkanlaırnı genişləndirməklə bərabər, onların kreditləşmə imkanlarını artıraraq, daha da inkişafına səbəb olacaq".

Oxşar xəbərlər

BMT baş katibi: İqlim maliyyəsi məsələsində yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var
BMT Baş katibi: Bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə fəallıq göstərməli olsa da, bu prosesə G20 ölkələri liderlik etməlidir
BMT Baş katibinin müavini: Azərbaycan qlobal iqlim böhranından çıxış yolunun tapılmasında mühüm rol oynayır
Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb
Quterreş: Növbəti iqlim sammitinədək bütün iştirakçı tərəflər ümumi milli iqtisadi fəaliyyət planı hazırlamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle