Azərbaycan gələn il meşəçilik və biomüxtəliflik haqqında beynəlxalq konfransa ev sahibliyi edəcək
Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək.
APA-nın xəbərinə görə bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdəki çıxışı zamanı bildirib.
O, qeyd edib ki, tədbir meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək:
“Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edirik. Birlikdə, az meşə örtüyünə malik ölkələrin problemlərini həll etməyə, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq.”
Aysel Naibova
Oxşar xəbərlər
COP29-da “İqlim və biomüxtəliflik arasında əlaqə” mövzusunda tədbir keçirilib
Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib
Muxtar Babayev: İqlim dəyişikliyinin su sistemlərinə təsiri Azərbaycanda da ciddi hiss olunur
Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib
“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən müzakirədə bəyannamə imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













