COP29-da “İqlim və biomüxtəliflik arasında əlaqə” mövzusunda tədbir keçirilib
sizinxeber.az xəbər saytı

COP29-da “İqlim və biomüxtəliflik arasında əlaqə” mövzusunda tədbir keçirilib


COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda tədbir keçirilib.

Sizinxeber.az-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin (ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (Ramsar Konvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak edib.

Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub.

Tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb.

Aysel Naibova

Oxşar xəbərlər

Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib
“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən müzakirədə bəyannamə imzalanıb
FAO: ​​​​​​​İqlim böhranı ərzaq təhlükəsizliyini pozur, ən həssas təbəqələri təhdid edir
COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbiri keçirilir
Ermənistan Biomüxtəliflik üzrə COP17-nin ev sahibi seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle