Britaniya XİN rəsmisi su ilə bağlı məsələlərin həlli üçün BMT sistemində əməkdaşlığı gücləndirməyə çağırıb
Su ilə bağlı məsələlərin həlli üçün BMT sisteminin müxtəlif strukturları və onun konvensiyaları arasında əməkdaşlıq gücləndirilməlidir.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində "İqlim üçün Su: Su həllərinin NDC və NAP-lara inteqrasiyası. Biomüxtəliflik, su ehtiyatları və iqlim əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təbiət məsələləri üzrə xüsusi nümayəndəsi Rut Devis bildirib.
"Uzun illər iqlim, təbiətin mühafizəsi və qida təhlükəsizliyi sahələrində çalışanlar üçün su vasitəsilə bu məsələlərin qarşılıqlı əlaqəsi aydın və təbiidir. Su yalnız bu sahələrin davamlılığını təmin etmir, həm də yaranan problemlərin göstəricisidir. Aydındır ki, su bütün ekosistemlərin rifahının təmin edilməsində əsas rol oynayır. İcazə verin, onun tropik meşələrin sağlamlığı üçün əhəmiyyətini göstərən bir nümunə gətirim. Bu mövzu BMT-nin İqlim Dəyişikliyi üzrə Konvensiyasının müzakirələrinin mərkəzində dayanır. Tropik meşələrin sağlamlığı birbaşa sudan asılıdır, eyni zamanda, meşələr su dövranının vacib elementidir. Onlar milyonlarla insanı qidalandıran tropik kənd təsərrüfatı hövzələrini təmin edən yağıntıları tənzimləyir və təmin edirlər. Beləliklə, sağlam su ekosistemləri dəstəkləyir və sağlam ekosistemlər su dövranının davamlılığını təmin edir. Bu məqsədə nail olmaq üçün BMT sisteminin müxtəlif strukturları və onun konvensiyaları arasında daha sıx əməkdaşlıq yaradılmalıdır", - o vurğulayıb.
Oxşar xəbərlər
COP29 çərçivəsində “İqlim üçün Su" mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilir - FOTO
İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur - VİDEO
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











