İsrailin xüsusi nümayəndəsi: COP29 çərçivəsində danışıqlar kifayət qədər mürəkkəbdir
sizinxeber.az xəbər saytı

İsrailin xüsusi nümayəndəsi: COP29 çərçivəsində danışıqlar kifayət qədər mürəkkəbdir


COP29 çərçivəsində danışıqlar kifayət qədər mürəkkəbdir, lakin ümumi mənzərəyə baxmaq lazımdır - bütün tərəflər ümumi istiqaməti bilir. Bu, emissiyaların azaldılması, təmiz enerjiyə sərmayə qoyuluşu və gələcəyin texnologiyalarının tətbiqidir. Bu COP əvvəlki sahələrdə əldə edilmiş nailiyyətlərə əsaslanmalı və müzakirə olunan əsas məsələlər üzrə nəzərəçarpan nəticələr nümayiş etdirməlidir.

“Report” xəbər verir ki, bunu İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Gideon Behar COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, İsrail iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqdir, ölkədə karbon vergisi tətbiq edilib və yeni iqlim qanunu parlamentə təqdim olunub.

G.Behar həmçinin bu konfransın keçirilməsinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Oxşar xəbərlər

İtaliya rəsmisi: "İqlim dəyişikliyi ilə mübarizəyə 1 trilyon dollardan çox pul lazımdır"
İndoneziya Prezidentinin xüsusi nümayəndəsi: İqlim dəyişikliyi ilə bağlı danışıqlar uğurla gedir
İsrailli səfir: Azərbaycanla təhsil sahəsində memorandumun regional təşəbbüsə çevriləcəyinə ümid edirik
Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle