Nazir müavini: Azərbaycan iqlim fəaliyyətlərinin təşviqinə və milli hədəflərə çatmağa sadiqdir
sizinxeber.az xəbər saytı

Nazir müavini: Azərbaycan iqlim fəaliyyətlərinin təşviqinə və milli hədəflərə çatmağa sadiqdir


Azərbaycan iqlim fəaliyyətlərinin təşviqinə və milli hədəflərə çatmağa tam sadiqdir.

“Sizinxeber.az” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

"Ötən il 1990-cı il səviyyəsi ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq üçün iddialı hədəf qoyulub. Biz, həmçinin istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün qlobal səylərə uyğun olaraq 2030-cu ilə qədər ümumi quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı öhdəmizə götürmüşük. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaradılan “yaşıl enerji” zonaları xüsusilə enerji sektorunda təsirlərin azaldılmasına birbaşa töhfə verəcək", - o bildirib.

Hazırda Azərbaycan yenilənmiş NDC 3.0 üçün hədəflər hazırlayır: "Yeni sənəd əsas sektorlarda emissiyaların azaldılması üçün ətraflı strategiyaları müəyyən edəcək. Onlar, həmçinin beynəlxalq strategiya və siyasəti, təmiz ətraf mühit və “yaşıl artım”ı inteqrasiya edəcəklər”.

"Biz Azərbaycanın beynəlxalq iqlim sazişlərinə sadiqliyini nümayiş etdirən, hesabatlılığa və etimadın gücləndirilməsinə sadiqliyi vurğulayan ilk İkiillik Şəffaflıq Hesabatı hazırlamışıq. İqlim dəyişikliyinin təsirlərinə qarşı çox həssas bir ölkə kimi uyğunlaşma bizim əsas prioritetimizdir", - o vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə emissiyaların ən çox qaynaqlandığı enerji sektorunda qarşısına qoyduğu hədəfləri açıqlayıb
Xidmət rəisi: "Son zamanlar gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır"
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Nazir: "Azərbaycan-Qazaxıstan-Özbəkistan sazişi Orta Dəhliz anlayışını "yaşıl enerji" sahəsində də genişləndirəcək"
Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle