BNF-nin Baş katibi: Azərbaycanda elektriklə işləyən avtobusların tətbiqi dayanıqlı ictimai nəqliyyata doğru atılmış təqdirəlayiq addımdır
"Azərbaycanda elektriklə işləyən avtobusların tətbiqi dayanıqlı ictimai nəqliyyata doğru atılmış təqdirəlayiq addımdır".
Bunu COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksəksəviyyəli dəyirmi masasında iştirak edən Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yon Te Kim deyib.
"Azərbaycanın səyləri London, Santyaqo, Stokholm və dünyanın digər böyük şəhərlərində aşağı və sıfır emissiyalı avtobus parklarını genişləndirmək kimi qlobal tendensiyalara uyğundur.
Həmçinin Bakı şəhərində mikromobillik zolaqlarının genişləndirilməsi çox müsbət inkişafdır. Çünki onlar təhlükəsizliyi artırır və qısa səfərlər üçün şəxsi avtomobillərdən asılılığı azaldır" - deyə Baş katib qeyd edib.
Onun sözlərinə görə, mikromobillik infrastrukturunu genişləndirən Azərbaycanın mobillik nəticələrini maksimum dərəcədə artırmaq üçün bunu şəhərsalma məqsədləri ilə inteqrasiya etməsi vacibdir.
Oxşar xəbərlər
IRU-nun baş katibi: İctimai nəqliyyata investisiyalar emissiyaları azalda bilər
COP29-da “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin yüksək səviyyəli dəyirmi masası keçirilib - FOTO
RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb
AİB Bakı metro şəbəkəsinin genişləndirilməsinə dəstək verəcək
“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













