QHT aktivistləri COP29-da “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!” şüarı ilə aksiya keçirib - VİDEO
sizinxeber.az xəbər saytı

QHT aktivistləri COP29-da “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!” şüarı ilə aksiya keçirib - VİDEO


Bakıda keçirilən COP29 məkanında “ActionAid International” qeyri-hökumət təşkilatından olan bir qrup aktivist iqlim maliyyəsinin ödənilməsi tələbi ilə etiraz aksiyası təşkil edib.

Sizinxeber.az xəbər verir ki, “Mavi zona”da aksiyaların keçirilməsi üçün müəyyən olunmuş əraziyə toplaşan fəallar zəngin ölkələri iqlim maliyyəsini ödəməyə çağırıblar.

Aktivistlər “Varlı ölkələr, iqlim borcunuzu ödəyin!”, “İqlim maliyyəsini ödəyin!” kimi şüarlar səsləndirib, real, insanlara tönəlmiş həllər tələb ediblər.

“İqlim ədaləti borc ədalətidir” şüarını da səsləndirən aksiya iştirakçıları maliyyənin milyonlarla deyil, trilyonlarla ödənilməsini tələb ediblər.

Aktivistlər bildirib ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə itki və zərər, uyğunlaşma və iqlim təsirlərinin azaldılması xərcləri üçün hər il 1-5 trilyon ABŞ dolları olmaqla qrantlar ödəməlidir.

Mirvari Əzizova

Oxşar xəbərlər

Xarici QHT təmsilçiləri COP29-da iqlim dəyişmələrinə qarşı mübarizəyə daha çox pul ayrılması tələbi ilə aksiya keçiriblər - FOTO
COP29-da aktivistlər iqlim maliyyəsinin ədalətli formalaşdırılması tələbi ilə aksiya keçirib - FOTO - VİDEO
Qlobal İqlim Ədalət Fəaliyyəti lideri: Varlı ölkələr iqlimlə mübarizə üçün pul ödəməlidirlər
Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib - FOTO
Almaniyalı nümayəndə: İqlim böhranını təkbaşına həll edə bilmərik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle