UNESCO-nun baş direktorunun müavini: İqlimlə bağlı problemlərin həllində gənclərin səsinə ehtiyacımız var
sizinxeber.az xəbər saytı

UNESCO-nun baş direktorunun müavini: İqlimlə bağlı problemlərin həllində gənclərin səsinə ehtiyacımız var


"İqlimlə bağlı problemlərin həllində bizim gənclərin məşğulluğuna, səslərinə ehtiyacımız var”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktorunun müavini Qabriela Ramos deyib:

"İnsanları məsuliyyətə cəlb etməyə ehtiyacımız var. Çünki yaşadığımız dünyanı miras alacaq olan gənclərdir və buna görə də iqlimlə bağlı fəaliyyətdə öhdəlikləri birlikdə yerinə yetirməliyik”.

O, COP29-da yaxşı nəticə əldə etməyi səbirsizliklə gözlədiyini deyib:

“Mən başa düşürəm ki, müzakirələr iqlimin maliyyələşdirilməsi ilə bağlıdır. Məncə, bu, çox vacib elementdir. Keçən il itirilmiş və zədələnmiş fondla bağlı razılaşmadan sonra, əlbəttə ki, Azərbaycanın xüsusən də Bakının maliyyələşmə məsələsinə baxması məqsədəuyğun idi. Beləliklə, bu hissəni yaxşı təşkil etmək, yaxşı razılaşdırmaq, bu COP-un uğuru üçün əla olacaq. Buna görə də ümid edirəm ki, iştirakçı ölkələr və bütün maraqlı tərəflər bizə lazım olan ambisiya səviyyəsini çatdırmaq üçün əllərindən gələni edəcəklər. Mən bilirəm ki, biz maliyyələşdirmə məsələsini həll etməliyik. Bu çox vacib məqamdır. İndi son COP-da itki və zərər fondunu əldə etdiyimiz üçün tələb olunan maliyyələşməni təmin etmək üçün hər kəsin iştirak etməsi çox vacibdir. Çünki keçidin ödənilməsi lazımdır. Mən bu çox mühüm işdə Azərbaycan hökumətinə uğurlar arzulayıram”.

Oxşar xəbərlər

YNA nümayəndəsi: İnsanlara zərər vuran qanunsuz fəaliyyətlərdən danışmaq üçün buradayam
Qlobal İqlim Ədalət Fəaliyyəti lideri: Varlı ölkələr iqlimlə mübarizə üçün pul ödəməlidirlər
BMT Baş katibinin müavini: COP29 çox vacib platformadır
Vitse prezident: Dünya Bankı yaşıl rəqəmsal sərmayələrini 700 milyon dollara çatdırıb
Qrossi: COP29-da konkret addımlara ehtiyacımız var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər