Spiker: Azərbaycan COP29-a hazırlıqlar zamanı ikili standartlarla üzləşib
Azərbaycan COP29-a hazırlıqlar zamanı bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da öz acınacaqlı rolunu oynayıblar:
"Aydındır ki, bəziləri ümumi çağırışlar qarşısında dialoqun, əməkdaşlığın və həmrəyliyin gücünü unudurlar. Digər tərəfdən, onlar hələ də başa düşmürlər ki, kritik əhəmiyyətinə görə iqlim dəyişikliyi məsələsi onların dar maraqlarını və siyasi motivli ambisiyalarını nümayiş etdirmək üçün platforma ola bilməz. Bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başladı və işini uğurla davam etdirir".
Oxşar xəbərlər
Milli Məclisin sədri: Azərbaycan COP29-a hazırlıqlar zamanı ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib
Milli Məclisin sədri: Artıq COP29-da mühüm nəticələr əldə olunub
Sahibə Qafarova: COP29 iqlim dəyişikliyi probleminin həllində fədakarlığımızın əlamətidir
Türkiyəli nazir: Beynəlxalq təşkilatlar ikili standartlarla hərəkət edir
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













