IMF: IV Maddə üzrə məsləhətləşmələrdə iqlimlə bağlı  qiymətləndirmədə aparılacaq
sizinxeber.az xəbər saytı

IMF: IV Maddə üzrə məsləhətləşmələrdə iqlimlə bağlı qiymətləndirmədə aparılacaq


Qlobal iqlim dəyişikliyi iqtisadi və maliyyə sabitliyinin əsasını təşkil edir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndəsi Alessandra Alfieri COP29 çərçivəsində keçirilən “Xalis sıfır tərəqqinin qlobal görüntüsü: 2024 dairəvi karbon iqtisadiyyatı indeksindən anlayışlar” tədbirində çıxışı zamanı bildirib.

A.Alfieri qeyd edib ki, IMF iqlim məsələlərini fəaliyyətinin, müşahidə və analitik işinin əsas istiqamətlərindən biri kimi qəbul edir:

“Bu səbəbdən hazırda ölkələrin iqtisadi və maliyyə vəziyyətinin qiymətləndirilməsini təmin edən IV Maddə üzrə məsləhətləşmələrində Valyuta Fondu iqlimlə bağlı məsələləri də nəzərə alır. İqlim dəyişikliyi ilə bağlı dərin araşdırmalar aparılır, çünki müqayisə edilə bilən məlumatlara tələbat artmaqdadır. Biz ölkələrin iqtisadi və maliyyə vəziyyətini əks etdirən qrafiklər və indikatorlar hazırlayır, həmçinin iqlim siyasətlərini inkişaf etdirmək üçün ölkələrə dəstək veririk”.

O bildirib ki, IMF hazırda 10 ölkədə ətraf mühit və iqlim dəyişikliyi statistikası proqramı üzərində işləyir: “Əsas diqqət enerji sektorunun inkişafına, həmçinin enerji və hava emissiyalarına dair məlumatların iqtisadi fəaliyyətlərlə əlaqələndirilməsinə yönəlib. Bundan başqa, fiziki və keçid risklərinin ölçülməsinə artan diqqət ayrılır. Bir çox ölkələr maliyyə sisteminə təsir göstərən daşqınlar və digər təbii fəlakətlərin yaratdığı təhlükələrlə üzləşir”.

Oxşar xəbərlər

Syed Husain Quadri: IDB iqlim maliyyəsi öhdəliyinin 42 %-ni artıq təmin edilib
AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
Cennifer Sara: "Dünya Bankı bu il maliyyəsinin 45 %-ni iqlim dəyişikliyi ilə mübarizəyə ayıracaq"
Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır
Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle