Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb


Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığı üzrə sənədlər imzalanıb.

Bu barədə “Sizinxeber.az”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.

Görüşdən sonra “Azərbaycan Respublikası və Qırğız Respublikasının energetika sahəsində əməkdaşlığı üzrə 2024-2025-ci illəri əhatə edən Yol Xəritəsi” imzalanıb. Sənəd neft-qaz, bərpa olunan enerji sahəsində əməkdaşlığı, Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.

Bundan başqa, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Təşkilatı “Yaşıl Enerji Fondu” ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan Serbiya ilə təbii qaz və “yaşıl enerji” üzrə sənədlər imzalayıb - YENİLƏNİB
Azərbaycan və Serbiya arasında qaz təchizatı üzrə müqavilə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər