XİN rəhbəri: Ermənistan tərəfi ilə növbəti görüş haqqında konkret tarix yoxdur
Hazırda Azərbaycan nümayəndə heyətinin diqqəti COP29-dadır və dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil.
“Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, belə bir görüşün dekabr və ya yanvar ayında olması sonrakı məsələdir:
“Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur”, - o deyib.
C.Bayramov erməni tərəfinin iki ölkə arasında kommunikasiyaların açılması ilə bağlı bəyanatlarına cavab olaraq xatırladıb ki, bu, yeni mövzu deyil.
“2020-ci il Üçtərəfli bəyanatda buna dair xüsusi bənd mövcuddur. Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Mövzu uzun müddətdir müzakirə predmetidir. Üç il yarım müzakirələrdən sonra "razılıq əldə olunub" sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi”, - o deyib.
XİN rəhbəri bildirib ki, əgər bununla bağlı elanlar yoxdursa, rəsmi sənəd yoxdursa, Ermənistan tərəfindən bu istiqamətdə heç bir işə başlanmayıbsa, deməli, hələ də açıq məsələlər mövcuddur:
“Azərbaycan öz ərazisində nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddətdir işləri sürətlə aparır və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq”.
Oxşar xəbərlər
XİN rəhbəri Paşinyanın kommunikasiyaların açılması ilə bağlı fikirlərinə aydınlıq gətirib
Xarici işlər naziri: Azərbaycan-Ermənistan sülh sazişi üzərində iş gedir
Ceyhun Bayramov: İqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid edirik
Bayramov Nyu Yorkda Mirzoyanla görüşəcək?
Paşinyan: Razılıq var, Əliyevlə görüşəcəyəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













