IMF rəhbəri Bakı haqqında paylaşım edib
sizinxeber.az xəbər saytı

IMF rəhbəri Bakı haqqında paylaşım edib


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (IMF) Sərəncamçı direktoru Kristalina Georgiyeva paytaxt gəzintisindən təəssüratlarını bölüşüb.

“Sizinxeber.az” xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında şəhərin heyrətləndirici memarlığını və mədəni zənginliyini qeyd edərək səmimi qonaqpərvərliyə və xoş ünsiyyətə görə təşəkkürünü bildirib.

“COP29 çərçivəsində Bakının canlı mənzərələri və səslərindən zövq almaq üçün vaxt ayırdım. Möhtəşəm memarlıqdan zəngin mədəniyyətə qədər, bu füsunkar şəhər, həqiqətən də, hissləri ovsunlayır. Səfərim zamanı göstərilən səmimi qonaqpərvərliyə və ilhamlandırıcı ünsiyyətə görə minnətdaram!”, – o yazıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşmüşdü.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb - YENİLƏNİB
Georgiyeva yenidən IMF-in rəhbəri seçilib
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle