COP29-da Sinqapur pavilyonu yaradılıb
COP29-da beynəlxalq əməkdaşlığa dəstək olmaq və birgə iqlim tədbirlərinin keçirilməsinə şərait yaratmaq üçün Sinqapur pavilyonu yaradılıb.
"Report"a açıqlama verən stendin təşkilat komitəsinin rəhbəri Tay Yuan Sherng bildirib ki, ölkəsi artıq üç ildir COP tədbirində pavilyon qurur.
O qeyd edib ki, “Ortaq İqlim Görüşümüzü Birlikdə Gerçəkləşdirmək” adlı COP29 Sinqapur Pavilyonu proqramları bilik mübadiləsi, tərəfdaşlıqların inkişafı və iqlim həllərinin nümayişini asanlaşdırmağı əsas hədəf kimi qarşıya qoyub.
T.Y.Sherngin sözlərinə görə, İqlim Gəncləri İnkişaf Proqramının 20 gənc nümayəndəsi, Dayanıqlıq və Ətraf Mühit Nazirliyi, Milli İqlim Dəyişikliyi Katibliyi və Milli Gənclər Şurasının birgə təşəbbüsü ilə COP29 Sinqapur Pavilyonunda dörd proqram həyata keçiriləcək.
O, sonda bütün ölkələri bir yerə toplamaqla iqlim fəaliyyətini müzakirə etmək üçün önəmli tədbirlərdən birinə ev sahibliyi edən Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, bu il Sinqapur pavilyonunun mərkəzində ölkənin milli çiçəyi olan Vanda Miss Joaquimdən (canlı rəngləri, möhkəmliyi və dözümlülüyü ilə tanınan bir orkide hibridi) ilhamlanan bir əsər yer alır.
3D çap texnologiyası ilə hazırlanan quraşdırmada keçən ilin pavilyonundan təkrar istifadə olunan metaldan naqillər və təkrar emal edilən materiallardan ibarət əsas struktur istifadə olunub. Bu innovativ dizayn texnoloji avtomatlaşdırmanı sənətkarlıqla birləşdirərək proqramlaşdırılan maşın istehsalının ağıllı tətbiqlərini və ənənəvi əl qaynağı texnikalarını nümayiş etdirir.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Sinqapur və BƏƏ Tədqiqat İnstitutu COP29 üzrə onlayn vebinar keçirəcək
Sinqapurlu nazir: İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar
Heydər Əliyev və Sıfır Atık Fondlarının COP29-dakı pavilyonu
COP29-da iqlimlə bağlı böhranın müzakirəsi üçün Okean pavilyonu təqdim ediləcək
COP29-da Heydər Əliyev və Sıfır Atık fondlarının birgə pavilyonu olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














