ÜTT: Ticarətsiz karbonsuzlaşdırma ilə bağlı məqsədə nail olmaq mümkün deyil
Ticarət olmadan karbonsuzlaşdırma ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda sessiyada bildirib.
Tədbir Dünya İqtisadi Forumu ilə birgə keçirilir.
ÜTT rəsmisi qeyd edib ki, ticarət iqlim dəyişikliyi ilə mübarizə məsələsinin mərkəzində, açıq və proqnozlaşdırıla bilən olmalıdır.
Bundan başqa, onun sözlərinə görə, ticarət və iqlim siyasətləri uyğunlaşdırmalıdır: "Bu iki siyasətin bir-birinə zidd olması qəbul etmədiyimiz fikirdir. Biz hiss edirik ki, məqsədlərimizə çatmaq üçün ticarət və iqlim siyasətini uyğunlaşdırmalıyıq. Ticarət siyasətləri ölkələrin ehtiyac duyduğu "yaşıl texnologiya"lara çıxış əldə etməyi dayandıra bilər. Pandemiya zamanı, məsələn, insanların maliyyəyə çıxışı olduğunu, lakin peyvəndlərə çıxış əldə edə bilmədiklərini gördük.Çünki onun ixracını dayandıran məhdudlaşdırıcı ticarət siyasətləri var idi. Ölkələr nə isə istehsal edə bilər, nisbətən daha yaşıl olanlar üzrə ixtisaslaşa bilərlər", - deyə o əlavə edib.
Qonaq həmçinin Azərbaycana COP29 tədbirini təşkil etdiyinə görə təşəkkür edib.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Zelandiyalı qonaq: "Aviasiyada "xalis sıfır emissiya"ya nail olmaq üçün 20-40 il lazımdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sinqapurlu nazir: İqlim dəyişikliyi məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman: İqlim dəyişikliyi ilə mübarizə yalnız siyasi iradəyə bağlı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












