Hayder Malik: Pakistan iqlim diplomatiyasında səylə iştiraka hazırdır
"Pakistan iqlim diplomatiyasında səylə iştirak etməyə, həssas ölkələrin bu fəlakətdən daha az itkilərlə xilas olması üçün səyləri artırmağa hazırdır".
Sizinxeber.az xəbər verir ki, bunu Pakistanın Təbii Fəlakətlərin İdarəolunması üzrə Milli İdarəsinin rəhbəri Hayder Malik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası çərçivəsində Pakistanın "Yaşıl Zona"kı pavilyonunda "Dayanıqlığın İqlim Diplomatiyası Vasitəsilə Möhkəmləndirilməsi" mövzusunda tədbirdə bildirib.
Adıçəkilən ölkənin İqlim Diplomatiyası Mərkəzinin direktoru Amna Munavvar Avan isə iqlim dəyişikliyinin fəsadlarının nəticələrinin yumşaldılması üçün birgə fəaliyyətin həyata keçirilməsini təklif edib: "Pakistan iqlimin zərərli faktorları ilə birgə mübarizə gündəliyinə, eləcə də bu məqsədlə texnologiya və strategiyaların mübadiləsi niyyətinə sadiqir. İstər bu sahədə, istərsə də iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin effektiv həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılması təmin edilməlidir. Biz insanyönümlü olacaq bütün əlverişli təşəbbüsləri dəstəkləyəcəyik. Pakistanın başlıca mövqeyi hər kəs üçün dayanıqlı gələcəyin təminatı yolunda səylərin artırılmasının vacibliyindən ibarətdir. Ona görə də biz bu sahədə tərəfdaşlığın dərinləşməsini istəyirik".
Oxşar xəbərlər
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi və quraqlığa qarşı mübarizə aparacaq
Pakistan baş nazirinin müşaviri ölkəsinin COP29-da təqdim edəcəyi əsas yeniliyi açıqlayıb
"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib".
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













