Maldiv Prezidenti: Bərpa olunan enerjiyə daha çox sərmayələrin yatırılması çıxış yoludur
sizinxeber.az xəbər saytı

Maldiv Prezidenti: Bərpa olunan enerjiyə daha çox sərmayələrin yatırılması çıxış yoludur


Bərpa olunan enerjiyə daha çox sərmayələrin yatırılması çıxış yoludur.

“Sizinxeber.az” xəbər verir ki, bunu Maldivin Prezidenti Mohamed Muizzu noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ada dövlətlərinin, şəhərlərin, kəndlərin inkişafı bu məsələ ilə bağlıdır:

“Biz ərazilərimizin bir hissəsini itiririk, hərtərəfli bu məsələyə yanaşmalıyıq. Biz birlik olaraq iqlim dəyişmələri qarşısında müqavimət gücünü yaratmalıyıq. Bərpa olunan enerjilərə daha çox sərmayələrin yatırılmasını çıxış yolu kimi görürük. Bütün planetdə qlobal istiləşmənin 1,5 Selsi temperaturda saxlanılmasına nail ola bilərik. Səylərimizi birləşdirməli, hərəkətə keçməliyik".

Maldiv Prezidenti bildirib ki, COP29 iki əsas nəticəni verməlidir:

“Biz əsasən kəmiyyət məlumatlarını əldə etməli, yeni əməliyyat qaydalarını müəyyən etməliyik. Bununla bağlı Paris Sazişində ayrıca maddə də verilib. Hökumətlər arasında əməkdaşlıq olmalıdır. Hökumətlər inkişaf planlarına töhfə verə bilərlər. Artıq hərəkətə keçməliyik, dünyamızı xilas etməliyik”.

Oxşar xəbərlər

Maldiv Prezidenti ölkələri ÜDM-lərinə uyğun iqlim maliyyəsi ayırmağa çağırıb
Maldiv Prezidenti: COP29-da nəticələr əldə etməliyik
Patrisiya Canet Skotland: COP29-da alınan qərarlarda heç bir boşluq qalmamalıdır
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle