Patrisiya Canet Skotland: COP29-da alınan qərarlarda heç bir boşluq qalmamalıdır
Bu COP29 ərəfəsində heç bir boşluq qalmamalıdır, alınan qərarlar ilə əməllər üst-üstə düşməlidir.
"Report" xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı Millətlər Birliyinin Baş katibi Patrisiya Canet Skotland səsləndirib.
Onun sözlərinə görə, kiçik ada dövlətlərində sağlam, təhlükəsiz cəmiyyətin formalaşması üçün maliyyə dəstəyi diqqət mərkəzində saxlanılmalıdır:
“Ümumiyyətlə 58 kiçik ada dövlətindən 29-u inkişaf edən ölkələrdir. Onların potensialı olsa da, dünyada bəzi qlobal iqtisadi və təhlükəsizlik çağırışları səbəbindən böyük hədələrlə üz-üzə qaldıqda mübarizə aparmaq onlar üçün çətinləşir. Çünki onların fəaliyyəti üçün imkanlar dardır”.
O qeyd edib ki, belə dövlətlərə daim dəstək göstərmək lazımdır.
P.C.Skotland vurğulayıb ki, iqlim maliyyəsinin formalaşması üçün xarici dövlətlər tərəfindən 4 trilyon dollar toplamaq vacibdir:
“İlkin mərhələdə 8,5 milyard dollar vəsait ayrılıb. Əlavə olaraq isə 600 milyon dollar da artırılacaq. Bu, gündəlikdə nəzərdə tutulan layihələrin kiçik ada dövlətlərində həyata keçirilməsi üçün ayrılan vəsaitdir”.
O bəyan edib ki, bütün imkanları səfərbər etmək lazımdır:
“Zəif dövlətlər anlamalıdır ki, onlara ayrılan iqlim maliyyəsi xeyriyyəçilik deyil, həyatın tələbidir. Onlar tələsməlidirlər. Yubanmaq onları gələcəklərindən məhrum edə bilər. Əgər birlikdə işləsək, ən yüksək səviyyədə nəticə alacağıq. Daha ədalətli dünya üçün bütün dövlətlərin həmrəy olması üçün müraciət edirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıb
Antonio Quterreş: Kiçik ada dövlətləri ədalətsizliyin önündədir
Muxtar Babayev Millətlər Birliyinin nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib
Prezident: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub
Dövlət başçısı: Azərbaycan beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













