Marşall Adalarının Prezidenti: COP Prezidentliyinin irəli sürdüyü məqsədlərin reallaşması üzrə səyləri dəstəkləyirik
"Sənayemizi dənizin artmaqda olan səviyyəsinə uyğunlaşdırmaq üçün bizim 24 milyard dollara ehtiyacımız var".
APA-nın məlumatına görə, bunu İnkişaf etməkdə olan kiçik adaların iqlim dəyişmələrinə həsr olunmuş Liderlər Sammitində Marşall Adalarının Prezidenti Hida Hayni vurğulayıb.
Marşal Adaları lideri deyib ki, COVID-19 kimi pandemiyaya qalib gələn bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədən də uğurla çıxacaq:
"İqlim dəyişikliyi planetdə böyük fəlakətlərə səbəb olub, bizim isə çox az vaxtımız var. Bizim də məqsədimiz 1,5 dərəcədən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər tərəf məsuliyyətini qəbul etməlidir. Biz COP Prezidentliyinin irəli sürdüyü məqsədlərin reallaşması üzrə səyləri dəstəkləyirik. Marşal Adaları dövləti də enerji transformasiyalarının reallaşması, eləcə də yeni məqsədyönlü kəmiyyət hədəflərinə nail olmaq üzrə öhdəliklərə sadiqdir. Sənayemizi dənizin artmaqda olan səviyyəsinə uyğunlaşdırmaq üçün bizim 24 milyard dollara ehtiyacımız var. İnkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə nail olması üçün kapitallaşma son dərəcə önəmlidir. COVID-19 kimi pandemiyaya qalib gələn bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədən də uğurla çıxacaq. Faydalı qazıntı hasilatı sənayesi qarşısında dayanıqlığı təmin etmək üçün yeni kəmiyyət hədəflərinə nail olunmalıdır".
Oxşar xəbərlər
Marşall Adalarının xüsusi nümayəndəsi: COP29-da iştirak edəcək tərəflər məsuliyyəti yetərincə dərk etməlidir
COP29-un Prezidenti ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səyləri birləşdirməyə çağırıb
Britaniyalı nazir: Kiçik ada dövlətləri iqlim dəyişikliyindən ən çox təsirlənənlər arasındadır
Nazir: İqlim dəyişikliyinin yaratdığı planetar problemlərin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik
BMT-nin layihə rəhbəri: İqlim dəyişikliyinə qarşı tədbirlər yaşıl iqtisadiyyata üstünlük verməklə başlamalıdır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













