Saint-Martin təmsilçisi: Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin nəticələrini etiraf edəcəklər
Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin, əsarət və kolonializmin nəticələrini etiraf edəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Saint-Martin adasının müstəqilliyi naminə müdafiəçi Rhoda Arrindel Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Qlobal Cənub dövlətləri Qlobal Şimal dövlətləri tərəfindən edilən pis seçimlərin nəticələrinə meyillidir. Ona görə də müstəmləkəçilərin ətraf mühitlə bağlı narahatlıqları çox vaxt görünmür və onlar buna kifayət qədər maliyyə ayırmırlar:
"2017-ci ildə "İrma" qasırğası və COVID-19 pandemiyası ilə bağlı təcrübəmiz ən son nümunələrdən yalnız ikisidir. Qasırğanın fəsadlarının bərpası üçün Niderlandın maliyyələşdirmə təklifi o qədər qeyri-insani idi ki, bizim ovaxtkı hökumət liderimiz tərəfindən ona “ədəbsiz təklif” damğası vuruldu. Bu şərtləri qəbul etmək o demək idi ki, 2028-ci ilə qədər Dünya Bankının ofisi və Milli Bərpa Planlaşdırma Bürosunun Niderlandda, Avropanın və ABŞ-nin digər yerlərində maliyyə vəsaitlərini təşkilatlara və hesablara qaytaran layihələri ilə razılaşırıq".
R.Arrindel əlavə edib ki, Niderlandın pandemiyadan sonrakı addımları Saint-Martin əhalisinin gələcək nəsillərin daşımalı olacağı kreditləri qəbul etmək demək idi:
"Beləliklə, üç il ərzində Saint-Martin əhalisi ən həssas vəziyyətdə olduqları zaman müstəmləkə dövlətləri tərəfindən istismar edildi".
Oxşar xəbərlər
Anar Quliyev: "Bakının Baş Planına bir neçə ildən sonra yenidən baxıla bilər"
BMT rəsmisi: “Azərbaycanın COVID19-la mübarizəyə nə qədər töhfə verdiyini bilirik”
Dünyanın ən yaşlı insanı vəfat edib
Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək
Putin: "Qərb dövlətləri Rusiyanı parçalayaraq özünə tabe etmək istəyirlər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













