Braziliyanın vitse-prezidenti: COP29-un qarşısında qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır
COP29 Bakı İqlim Konfransının iştirakçılarının qarşısında tarixi öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.
“Biz bu gün Bakıda 1992-ci ildə Rio de Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının imzalanması ilə başlayan diplomatik səyləri davam etdiririk. Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir”, - o deyib.
Alkmin vurğulayıb ki, yeni kollektiv kəmiyyət hədəfi 1,5 dərəcə hədəfini əlçətan etmək üçün daha iddialı olmalıdır.
“Bakıda qarşımızda karbon bazarı üzrə danışıqları başa çatdırmaq və ötən il Dubayda keçirilən COP-28-də qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün zəmin yaratmaq vəzifəsi durur”, - o söyləyib.
Braziliya dövlət rəsmisinin sözlərinə görə, ölkəsi ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş liderdir və dayanıqlı inkişaf olmadan gələcəyin ola bilməyəcəyini dərk edir.
“Braziliya qarşısına 2035-ci ilə qədər tullantıların həcmini 2005-ci ilə nisbətən 67 % azaltmaq vəzifəsi qoyub. Əlbəttə, bu, çox iddialı məqsəddir, lakin buna nail olmaq olar”, - siyasətçi vurğulayıb.
Alkmin qeyd edib ki, COP29-un uğuru Braziliyanın gələn il ev sahibliyi edəcəyi COP30-un uğuru üçün əsasdır. “Həmçinin bu konfransların uğuru iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək beynəlxalq səylərin əsasını təşkil edir. Bu gün nəticələr əldə etməsək, bu, gələcəkdə bizə baha başa gələcək”, - o əlavə edib.
Oxşar xəbərlər
Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 67 % azalmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya Prezidenti COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29: İqlim danışıqları üzrə marafonu noyabrda uğurla başa çatdırmaq niyyətindəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












