Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB


Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.

09:07

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin iştirakçıları tədbirin keçirildiyi Bakı Stadionuna gəlir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.

Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Oxşar xəbərlər

COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir - YENİLƏNİB-1 - FOTOLENT - CANLI
COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir - YENİLƏNİB - CANLI
COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir - YENİLƏNİB - FOTOLENT - CANLI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir, Prezident İlham Əliyev çıxış edir
COP29-un liderlər sammitinin açılış mərasimi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle