Yalçın Rəfiyev: “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”
“Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”.
"Sizinxeber.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.
“Əlbəttə, yüksək səviyyədə siyasi qarşılıqlı fəaliyyət vacibdir”, - deyə Y.Rəfiyev bildirib.
“Sky News” xatırladıb ki, bəzi Avropa liderləri öz ölkələrindəki qarışıqlıqlarla mübarizə apardıqları üçün Bakıda keçiriləcək iqlim danışıqlarında iştirak edə bilməyəcəklər. Nümunə olaraq kanal hakim koalisiyanın parçalanması fonunda Almaniyadakı böhranı, həmçinin Amsterdamda son zamanlar zorakılıq və antisemitizmin baş verməsini göstərib.
COP29-un baş danışıqçısı bildirib ki, Azərbaycan Avropa İttifaqının tələbatını ödəmək öhdəliyinə görə qaz hasilatını artırmalıdır.
Yalçın Rəfiyev onu da bildirib ki, ABŞ-də Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra amerikalı həmkarları ilə görüşlər keçirib və onlar konstruktiv olaraq qalır.
Prezident seçilməsinin (ABŞ-də Donald Tramp – Qeyd) iqlim dəyişikliyi ilə mübarizə üçün pis xəbər olub-olmaması ilə bağlı suala Y.Rəfiyev belə cavab verib: “Mən belə deməzdim”.
Oxşar xəbərlər
Yalçın Rəfiyev Lida Fitts ilə COP29 prioritetlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: İqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə, dünyanı böyük fəlakət gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












