IPCC sədri: İqlimlə bağlı tədbirlərin aktuallığı aydındır - COP29 həmişəkindən daha vacibdir
Bakı İqlim Həftəsində əldə olunan səylər bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün əsas ola bilər.
"Report" xəbər verir ki, bunu İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Ski Bakı İqlim Həftəsinin iştirakçılarına ünvanlandığı videomüraciətində deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycanı beynəlxalq iqlim diplomatiyasının mərkəzinə çevirəcək: “Qarşıdan gələn COP-un aktuallığını və əhəmiyyətini qiymətləndirməmək olmaz. Bunu başa düşmək üçün rekord temperatur, rekord istilik və rekord daşqınlar barədə məlumat verən ən son xəbər başlıqlarına baxmaq kifayətdir”.
Oxşar xəbərlər
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır
COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb
IPCC rəhbəri: Təbii fəlakətlərin sayının artması yeni reallığa çevrilib
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













