Bakıda iqlim dəyişmələri mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda iqlim dəyişmələri mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO


Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Sizinxeber.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərləri və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfrans həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

Açılış mərasimində AHİK sədri Sahib Məmmədov konfransın məqsədi, əhəmiyyəti və aktuallığı barədə məlumat verib. Bildirib ki, COP29 ərəfəsində keçirilən bu konfrans iqlim dəyişmələri ilə mübarizədə uğur qazanmış ölkələrlə bu sahədə təcrübəsi az olan dövlətlər arasında mühüm tribuna olacaq. Onun sözlərinə görə, həmkarlar ittifaqlarının da iqlim dəyişmələri və “yaşıl iqtisadiyyat”la bağlı fəal olması, “yaşıl iş yerləri” yaradılmasına önəm verməsi və ideyalarını bölüşməsi olduqca əhəmiyyətlidir. AHİK sədri qeyd edib ki, gələcək nəsillərin taleyi, həmçinin daha təmiz, dayanıqlı və ədalətli keçidə nail olmağımız üçün hər birimiz qətiyyət və əzmkarlıq nümayiş etdirməliyik.

Ardınca COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti nümayiş etdirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə iqlim dəyişmələri ilə mübarizdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən, bu istiqamətdə görülən işlərdən, ölkəmizin yaşıl enerji siyasətindən, habelə Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında iqlim dəyişmələrinin dünya iqtisadiyyatı üzərində təsirlərini qeyd edib, “yaşıl iqtisadiyyat”a keçid və bu aspektə ortaya çıxacaq sosial risklərdən və onun həlli yollarından söz açıb, eləcə də sosial tərəfdaşlığın önəmini vurğulayıb. Bildirib ki, layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması ”yaşıl iqtisadiyyata” keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir və bu, əmək sferasının və sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iqlim dəyişmələrinin fəsadlarından, “yaşıl iqtisadiyyat”a keçid prosesində iş yerlərinin qorunmasından, özəl sektorun dəstəklənməsindən danışıb. O qeyd edib ki, biznes və hökumətlər iş yerləri yaratmalı, iqlim dəyişikliyinin təsirlərini azaltmaqla bərabər, iqtisadiyyatın dayanıqlığını təmin edən layihələr, birgə fəaliyyətlər həyata keçirməlidirlər.

BHİK Baş katibinin müavini Erik Manzinin, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkinin və BƏT-nin İşçilərinin fəaliyyətləri üzrə Bürosunun direktoru Maria Helena Andrenanın çıxışları dinlənilib. Qonaqlar iqlim dəyişmələrinin dünyada doğurduğu fəsadlardan, bu istiqamətdə beynəlxalq təşkilatların atdığı addımlardan, həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən, bu kontekstdə işçi hüquqları ilə bağlı qarşılıqlı dialoqun və fikir mübadilələrinin əhəmiyyətindən bəhs ediblər.

Açılış mərasimindən sonra konfrans çərçivəsində ədalətli keçid, iqlim dəyişmələri və işçilərin hüquqları ilə bağlı mövzular üzrə panel müzakirələr başlayıb. Həmçinin konfransda iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.

Qeyd edək ki, konfrans sentyabrın 27-də də panel müzakirələrlə davam edəcək.

Oxşar xəbərlər

BƏT rəsmisi: Paris Sazişinin yerinə yetirilməsində geriləmə var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: İqlim dəyişikliyi dünyada yeni vəziyyət yaradıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə iqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunması ilə bağlı konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məmməd Musayev: Son 50 ildə dünyada yoxsulluq, işsizlik və ərzaq təhlükəsizliyi ön plana keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər