Azərbaycanla UNFCCC arasında COP29 üzrə Ev Sahibliyi Sazişi imzalanıb
Azərbaycanla BMT-nin İqlim Dəyişiklikləri üzrə Konvensiyası (UNFCCC) arasında Ev Sahibliyi Sazişi imzalanıb.
APA xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabındakı paylaşımda bildirilib.
Ev Sahibliyi Sazişini COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil imzalayıblar.
Qeyd edilib ki, bu, noyabr ayında Azərbaycanda keçiriləcək COP29-nun müvəffəqiyyətlə həyata keçirilməsi üçün hazırlıqların son mərhələsidir: “Saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını və prioritetlərini əks etdirən, bütün səslərin eşidiləcəyi əlçatan, inklüziv və şəffaf bir konfrans təşkil etmək öhdəliyini vurğulayır”.
Lamiyə Şirinova
Oxşar xəbərlər
Azərbaycan və UNFCCC arasında Ev Sahibliyi Sazişi imzalanıb
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Saymon Still: COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq
COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb
Nigar Arpadarai: Hazırda COP29 ilə bağlı işlər qrafikə uyğun olaraq davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













