Ekspert: Azərbaycan kənd təsərrüfatını öz iqliminə uyğunlaşdırmalıdır
Çinin iqlimə davamlı aqroekosistemlərin yaradılmasındakı uğuru suvarma problemi ilə üzləşən ölkələr, o cümlədən Azərbaycan üçün yaxşı nümunə ola bilər.
Bu barədə “Report”a açıqlamasında Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad bildirib.
Ekspert Azərbaycanı nümunə göstərərək, suvarma problemi olan ölkələrdə tətbiq oluna biləcək bir neçə konkret metodun adını çəkib.
Onun fikrincə, suya qənaət edən suvarma üsullarının tətbiqi sudan istifadəni optimallaşdırmağa və itkiləri azaltmağa kömək edə bilər: “Bura damcı suvarma sistemi və çiləmə kimi üsulların tətbiqi daxildir. Bu cür üsullar suyu birbaşa bitki köklərinə çatdırır, buxarlanmanı minimuma endirir və istifadənin səmərəliliyini artırır”.
Ekspert, həmçinin suyun yığılması ilə bağlı texnologiyaların inkişaf etdirilməsi, əkinlərin şaxələndirilməsi, bilik mübadiləsi və məhsul təlimi proqramlarının təşviq edilməsi zərurətini vurğulayıb: “İqlim, suyun mövcudluğu, yerli sosial-iqtisadi amillər nəzərə alınmaqla bu üsulların Azərbaycanın konkret şərtlərinə uyğunlaşdırılması vacibdir”.
Bakıda keçiriləcək COP29-dan gözləntiləri barədə danışan A.Arşad qeyd edib ki, CSA-nın maliyyələşdirilməsi ilə bağlı vəsaitlər artırılmalıdır: “Qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) CSA təşəbbüsləri üçün artan maliyyə resurslarını prioritetləşdirəcəyini və təmin edəcəyini gözləyirəm. Buraya tədqiqat və inkişaf üçün maliyyə, potensialın artırılması, texnologiya transferi və iqlim dəyişikliyinə uyğunlaşmanı yaxşılaşdıran davamlı kənd təsərrüfatı təcrübələrinə investisiya daxildir”.
Oxşar xəbərlər
Nazir: "Fermerlərin suya qənaət rejimdə fəaliyyətini təşviq edirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda su ehtiyatları niyə azalır? - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












