ABŞ və Avropa fond bazarlarında eniş müşahidə edilir
İyulun 11-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.63%- 44,371.51 bəndədək, S&P 500 indeksi 0.33%- 6,259.75 bəndədək, Nasdaq indeksi isə 0.22%- 20,585.53 bəndədək enib.
"Sizinxeber.az-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyulun 11-də FTSE 100 indeksi 0.38%-8,941.12 bəndədək, Almaniyanın DAX indeksi 0.82%-24,255.31 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.92% azalaraq 7,829.29 bəndədək geriləyib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.10% azalaraq 1.1689 dollar təşkil edib.
Analitiklər qeyd edirlər ki, ABŞ və Avropa fond bazarlarında enişə səbəb ABŞ-ın Kanadaya qarşı tarifləri artıracağı ilə bağlı açıqlamaları və bunun yaratdığı ticarət gərginliyidir. Bu, inflyasiya risklərini yüksəldib, investorların riskli aktivlərdən uzaqlaşmasına və bazarlarda satışların artmasına səbəb olub. Eyni zamanda, faiz endirimi gözləntilərinin zəifləməsi də bazarları təzyiq altında saxlayır.
Oxşar xəbərlər
Amerika və Avropa birjalarında əsas indekslərdə azalma müşahidə edilir
Dünya fond birjalarında əsas indekslərdə yenidən artım müşahidə edilib
Dünya fond bazarlarında kəskin eniş davam edib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dünya fond bazarlarında əsas indekslərdə yenidən eniş yaşanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













