sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib
Bu il İmişli rayonunda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib.
Bu barədə "Sizinxeber.az"un yerli bürosuna İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, ötən il isə, sözügedən bitkinin əkini aparılmayıb.
Qeyd edək ki, rayon ərazisində 2024-cü ilin məhsulu üçün 2023-ci ilin payızında 16 716 hektar sahədə taxıl səpini aparılıb. Həmin sahənin 7579,5 hektarını arpa, 9136,5 hektarını isə buğda sahələri təşkil edib. Həmçinin 96,6 hektar dən üçün qarğıdalı,46,7 hektar darı, 7033,7 hektar sahədə pambıq, 77,7 hektar sahədə kartof, 138,1 hektar sahədə tərəvəz, 324,6 hektar sahədə bostan və 1577,5 hektar sahədə cari yonca səpini aparılıb.
Oxşar xəbərlər
İmişlidə arpa biçini yekunlaşıb
Cəlilabadda intensiv yağıntılar bu il çiyələyin məhsuldarlığını xeyli azaldıb
Cəlilabadda bu il tərəvəz sahələri 40 hektara yaxın azaldılıb
Cəlilabadda bu il noxud əkini aparılan sahələr xeyli artırılıb
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













