Şəmkirdə dəmyə şəraitində əkilmiş sahələrdə taxıl biçininə başlanılıb
sizinxeber.az xəbər saytı

Şəmkirdə dəmyə şəraitində əkilmiş sahələrdə taxıl biçininə başlanılıb


Şəmkirin dağlıq ərazilərində dəmyə şəraitində əkilmiş taxıl sahələrində məhsul yığımına start verilib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunda dəmyə şəraitində əkilmiş taxıl sahələrinin ümumi həcmi 6 748 hektar təşkil edir ki, ondan 4 251 hektarı buğda, 2 367 hektarı arpa, 130 hektarı isə vələmir sahələridir.

Dəmyə ərazilərdə əkilmiş taxıl sahələrinin 2 005 hektarında biçin başa çatıb.

Fermerlər havaların yağışlı keçməsi səbəbindən bu mövsümdə də taxıl sahələrindən yüksək məhsuldarlıq gözləyirlər.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər